Türkiyəli ifaçı Kutsi xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında onunla işbirliyinə başlayacaqlarını deyib:
“Türkiyədə birlikdə verilişə qatılmalı idik. Amma Kutsi yeni albom hazırladığı üçün ona verilişlərə çıxmaq qadağan edilib. Studiyada tanış olduq. Oxudum, qulaq asdı, məni çox bəyəndi. Deyir, sənin neçə qulağın var? Burdan səs rejissoru deyir, sən götürürsən. Bakıya gəlmək, mənimlə birlikdə proqramlara çıxmaq istəyir. İşbirliyimiz olacaq”. A.Kazımova yenidən çalışmağa başladığı prodüser Tolikdən də danışıb. O, “Tolik Eltonla da işləyir, qısqanmırsınız” sualına belə cavab verib:
“Toliklə müqaviləmizi yenilədik. Ad günümü necə keçirəcəyimizlə bağlı çoxlu təkliflər deyir. Eltonu qısqanmıram. Onunla ən uzunömürlü duetimi ifa etmişəm. Yenidən birlikdə oxuyacağıq”.