Mənə cadu ediblər

21-01-2015, 22:26   

Meyxanaçı Namiq Qaraçuxurlu "Region TV"-də yayımlanan "Şou Məkan" verilişində şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Sənətçi şəxsi həyatı haqda bunları söyləyib: "Hələ ki, şəxsi məsələlərlə bağlı çox məlumat vermirəm. İnşallah, 2-3 aydan sonra nəsə xəbər eşidərsiniz bu haqda".

Tanınmış meyxanaçı 36 yaşına çatmasına baxmayaraq, hələ də evlənməməsinin səbəbini belə açıqlayıb: "Mənə cadu ediblər, təbii ki. Evdə də görmüşəm, maşında da. Amma inanmıram ki, mənim subay qalmağım cadu ilə əlaqəli olsun. Əslində mən sənətimi sevdiyimə görə subay qalmışam".

Sənətçi bir zamanlar sevgi münasibəti yaşadığı Aygün Kazımova ilə bağlı sualları da cavablandırıb: "Hazırda da münasibətimiz yaxşıdır. Bir neçə gündən sonra Moskva şəhərinə gedəcəyəm. Orada Aygün xanımla birgə çıxışımız olacaq. Keçmişi çox qurdalamaq istəmirəm. Böyük bir dövr keçib. Aygün xanımın öz şəxsi həyatı var, mənim öz şəxsi həyatım"

ailem.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.