Həm sponsor həm də sevgili axtarıram

21-01-2015, 22:32   

Müğənni Mətanət Əsədova özünə bədxərc sevgili axtarır.

"ATV maqazin"ə açıqlama verən sənətçi tənhalıqdan yorulduğunu deyib:

"Təklik pis şeydir, özümə can yoldaşı istəyirəm. Həm də dostum olsun, onunla hər bir dərdimi bölüşüm. Həmin adam çox ürəkli, təmizkar, düzgün danışmalı, bədxərc olmalıdır. Mənə baxanda bilsin ki, mən nə istəyirəm. Bir dəfə ərə getdim, yarımadım. İndi kimsə həyatıma girsə ailə qurmayacam, sevgili kimi qalacam".

M.Əsədova "Siz sponsor, yoxsa sevgili axtarırsınız" sualına belə cavab verib:

"Hər ikisi olmalıdır. Onun qarşısına mənim kimi ideal qız çıxır. Pulsuz oğlan kimə lazımdır? Bacım uşaqlarına deyirəm ki, iş qurun, əlinizdə pul olsun, sonra qız sevin".

axsam.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.