“Victoria's Secret”-in keçmiş mələyi Miranda Kerr “Wonderbra” alt geyimləri markası üçün fotokameralar qarşısına keçib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyor Orlando Blumdan ötən il ayrılan model jurnallardan birinə müsahibəsində diet sirlərini açıqlayıb: “Yoqa və plateslə məşğulam. Oğlumla tez-tez velosiped yürüşünə də çıxırıq. Tullanmağı çox sevirəm. Təəccüblənəcəksiniz, amma bu, orqanlara və əhval-ruhiyyəyə çox faydalıdır”.
Qeyd edək ki, Miranda Kerrin Orlanda Blumla nikahından Flinn adlı 4 yaşlı oğlu var.