Azərbaycanlı model Minarə Allahverdiyeva hicaba bürünüb.
ANS PRESS-in məlumatına görə, iki uşaq anası olan aktrisa-model hicablı fotolarını sosial mediada paylaşıb.
Model, fotoya belə şərh verib: "Məni hicabla gözəl bəzəyən vizajist Günel Rəhimova tezliklə yeni təqdimatla".
Qeyd edək ki, Minarə Allahverdiyeva tanınmış televiziya prodüseri Kemal Cenk İçtenin həyat yoldaşıdır. Onlar 1 fevral 2014-cü ildə evləniblər.
Həmin ilin oktyabrında cütlüyün bu evlilikdən Məryəm adlı qızları doğulub. Bu, hər ikisinin ikinci evliliyidir və hər birinin ilk evlilikdən bir övladı var.