22 yaşlı Paulina Veqa qadınları mübariz olmağa səslədi
“Starpulse.com”un xəbərində deyilir ki, “miss Kolumbiya” mükafatına layiq görülmüş 22 yaşlı Paulina Veqa Mayamidə bazar günü keşirilən yarışda “miss Kainat” seçilib.
Bundan xəbər tutan Kolumbiyalılar küçələrə axışaraq, öz soydaşlarının qələbəsini coşqu ilə qeyd ediblər.
Ötən gecə xanım Veqa 87 gözəllə yarışmalı olub. Onların hər biri kainatın gözəllik tacına sahib olmaq ümidi ilə müsabiqəyə qoşulmuşdu. ABŞ-dan olan gözəl Nia Sançest müsabiqənin ən şanslı namizədi hesab olunurdu.
Qeyd olunur ki, Paulina Veqa ilk dəfədir ki, “kainat gözəli” yarışında iştirak edib. O, biznes inzibatiçısı ixtisası üzrə təhsil alır və yəqin ki, yarışdan sonra yenidən təhsil müəssisəsinə üz tutacaq.
Dəyər vermək üzrə mütəxəssis olan “realiti TV ulduzu”, milyarder Donald Trumf deyib ki, Paulina Veqa səhnəyə ilk addımını atanda, biz ortada əsl ulduz gördük.
Növbəti yarışın Kolumbiyada keçiriləcəyi gözlənilir.
“The Associated Press” isə bildirir ki, gözəllik yarışları Latın Amerikası ölkələrində son dərəcə populyardır.
Agentlik bildirir ki, Paulina Veqanın nənəsi hələ uzaq 1953-cü ildə “miss Atlantika” mükafatı almışdı. Maraqlıdır ki, Paulina Veqanın 7 bacı-qardaşı var. O, bildirib ki, təhsilini başa vuran kimi, şəxsi şirkətin təsis edəcək və iş adamı kimi fəaliyyət göstərəcək. Paulina Veqa deyib ki, qadının gözəl olması çox yaxşıdır, ancaq o həm də gözəl mütəxəssis olmalıdır, zəhmət çəkməyi, uğur qazanmağı bacarmalıdır. Öz üzərində çalışmağa isə xüsusi önəm verməlidir.
“Miss Kainat” yarışında birinci beşliyə ABŞ, Ukrayna, Yamayka və Hollandiyadan olan gözəllər daxil olub.
Elbəyi Həsənli, musavat.com