Qapımız heç də hamıya açıq deyil.
Axar.az xəbər verir ki, bu sözləri bu gün ad gününü keçirəcək xalq artisti Aygün Kazımovanın prodüseri Tarix Əliyev (Tolik) əməkdaşımıza açıqlama verərkən deyib. Onun sözlərinə görə, ad gününə yalnız dəvətlilər qatıla biləcəklər:
“Təbii ki, hər kəs dəvətli deyil. Dəvət olunmayanlar gəlib qapıda qalacaqlar. Bu doğum günü şəhərin ən hündür binalarından olan “Opera Skay” məkanında baş tutacaq. Çox fərqli doğum günü olacağına söz verirəm”.
Xatırladaq ki, bundan öncəki açıqlamasında Tarix Əliyev bir çox məşhurların ad gününə dəvət edilmədiyini, mərasimi gələnlərdən isə yalnız ağ-qara paltarlar geyinmək xahişi ediləcəyini bildirmişdi.