Brilliant Dadaşavadan İlhamə Quliyevaya təhqir: boşboğaz....

27-01-2015, 01:21   
Brilliant Dadaşavadan İlhamə Quliyevaya təhqir: boşboğaz....

"O paltarı mənə Ajda Pekkan şəxsən hədiyyə edib”. Bunu Modern.az saytına açıqlamasında xalq artisti Brilliant Dadaşova həmkarı, xalq artisti İlhamə Quliyevaya cavab olaraq bildirib. Onun sözlərinə görə, hazırda studiyadadır, növbəti səsyazmaya hazırlaşır: "Bununla bağlı boşboğazların nəsə deməyinə gəldikdə, fikir bildirmək istəmirəm. Kim nə istəyir danışsın...”.
Məlumat üçün bildirək ki, xalq artisti İlhamə atvxeber.az-a açıqlama verərkən ad çəkməsə də, sözlərini ünvanına ötürüb: "Ad çəkmək istəmirəm. Sadəcə, bəzi məlumatları oxuyub, heyrətlənirəm. Başqa sənətçinin geyilmiş paltarını geyib, bununla öyünmək, bununla piar olunmaq nə dərəcədə düzgündür? Bununla özünü xoşbəxt sanmaq olarmı? Halbuki, həmin ifaçı Azərbaycanda olanda icazə vermədi ki, sən onunla şəkil çəkdirəsən.
Bunu bütün Azərbaycan gördü. Maqazin verilişlərində biz də bunu müşahidə etdik. Başa düşə bilmirəm həmin paltar necə sənə gəlib çatıb? Bu, ya sevgidir, ya yaltaqlıqdır, ya da ki, təzə piar üsuludur? Mən həmin adamın yerinə xəcalət çəkdim. Bu Azərbaycanda sənətkarların adına xələldir. Həmin adını belə çəkmək istəmədiyim adama bir sual vermək istəyirəm. Sən heç o paltarı geyinəndə utanmadınmı? Utanıb, xəcalət çəkmədinmi? Ancaq mən sənin yerinə çox xəcalət çəkdim”.
Türkiyənin super starı Ajda Pekkan geydiyi libası xalq artisti Brilliant Dadaşovaya hədiyyə göndərib. Azərbaycanlı sənətçi isə hədiyyədən çox məmnun olduğunu, hətta bir müddət həmin paltarı geymədiyini, qoruyub-saxladığını da etiraf edib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.