Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun İsmayılova açdığı geyim butikinin adını dəyişib.
Bu haqda Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı özü deyib. O, mağazanın martda açılacağını bildirib. Bu müddətdə isə müğənninin qızı Türkiyədə təhsil alacaq: “Aysun Moskvada qiyabi təhsil alacaq. Eyni zamanda Türkiyədə də oxuyacaq. Amma əvvəlcədən danışmışıq ki, orada hər gün dərsə getməyəcək. Çünki buradakı işləri ilə də məşğul olmalıdır. Qızım mağazaya əvvəl öz adını qoysa da, sonradan dəyişib “Force” etdi. Dizayn işləri tamamlanmaq üzrədir. Dekorasiya üçün Türkiyədən dizaynerlərə müraciət etmişik”.