Hafiz Hacıyevdən Tolikə ŞOK təklif: “Tələbatını ödəyə bilərik…”

28-01-2015, 18:43   
Hafiz Hacıyevdən Tolikə ŞOK təklif: “Tələbatını ödəyə bilərik…”
“Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları Sevil - Sevinc bacılarının canlı yayımda milli valyutamız olan manatı cırması Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə prodüser Toliki üz-üzə qoyub. Belə ki, prodüser partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxıb.



Qeyd edək ki, H.Hacıyev oxu.az-a bildirmişdi ki, sözügedən əkizləri efirə buraxmaq lazım deyil. Partiya sədri Sevil və Sevinclə üz-üzə gələcəyi təqdirdə onların üzünə tüpürəcəyini demişdi:
“Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, amma onların canlı efirdə milli manatı cırması Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.



Tolik isə “Instagram” səhifəsində Hafiz Hacıyevin fikirlərinə qarşı çıxaraq, əkizləri müdafiə edib. Hətta Hafiz Hacıyevdən açıqlama alan jurnalisti təhqir etməkdən belə çəkinməyib:
“Mən sabah vəkilimə deyəcəyəm. Kül bundan müsahibə alan jurnalistin başına. Onun başı çatmır, sizə nə gəlib, ay savadsızlar”.



Prodüser bununla da kifayətlənməyərək Hafiz Hacıyevlə yanaşı, Vüsal İbrahimli adlı istifadəçini də ağır təhqir edib.



Publika.az məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib. Hafiz Hacıyev prodüserin yazdıqlarına çox sərt reaksiya verərək bunları deyib:



“Mən Azərbaycan cəmiyyətində çox şey, o cümlədən Əli Kərimli kimi insanların böyük dəstəsini, digərlərini görmüşəm. Amma incəsənətdə, mədəniyyətdə Tolik kimi bənzərsiz adam görməmişəm. Toliki gecə saat 9-dan sonra “Azadlıq prospekti” metrosunun yaxınlığında müəyyən adamlarla o vəziyyətdə görəndən sonra deyirəm ki, Allah Əli Kərimlinin evini yıxsın, Azərbaycana bu xəstəliyi haradan gətirdi?! Hər axşam həmin metronun ətrafındakı parkda gəzirəm. Onun həmin biabırçılığını görürəm və ondan sonra Tolikin prodüserlik etdiyi insanlara da mənim yazığım gəlir. Bir dəfə özünüz də vaxt tapın, kamera götürün. Mən hələ Avropa dövlətlərində o cür hərəkətlər görməmişəm. Onların kasetlərinə də, efirlərinə də baxmışam. Çox təəssüf edirəm ki, Azərbaycanda Tolikdi, nədi, belə bir adam var”.



Partiya sədri bildirib ki, hətta bir neçə dəfə bunula bağlı polisə müraciət etmək istəsə də, sonradan fikrindən vaz keçib:

“Biz - bəzi partiya sədrləri hər axşam təmiz havada müzakirələr aparırıq. O vəziyyəti görəndə nifrət etdik ki, bunun qarşısını niyə almırlar? Doğrusu, istədim ki, polis bölməsinə zəng edəm. Sonra fikirləşdim ki, onun prodüseri olduğu xalq artistinə mənim hörmətim var. Əli Kərimlini başa düşürük ki, xəstədir. Bu, ondan onqat artıq xəstədir. Belə xəstə adamın mentalitetlə və digər məsələlərlə bağlı münasibət bildirməsi Azərbaycan xalqını təhqir etməkdir”.



Hafiz Hacıyev söhbətin sonunda gözlənilməz təkliflə çıxış edib:

“Hər halda, görürəm Tolik məni yaman arzulayır. Bir axşam çalışaram da… Bir az belə şeylər pisdir və belə şeylərə meyilli deyilik. Amma çalışarıq ki, nəsə edək... Onu məhkəməyə verməyə ehtiyac yoxdur. Avropa ən pis ənənələrini Azərbaycana sırıdı. Buna Azərbaycan xalqı çox pis baxır. Avropanın özünün nə qədər çirkin oyunları var idisə, hamısını müsəlman dövlətlərinə transfer etdi. Bununla bağlı bir qanun olsa, pis olmazdı. Çünki belə insanlar Azərbaycanın milli mentalitetinə zərbə vururlar. Tolikkimilərin öz dəstəsini artırmaması üçün çalışmamalıyıq. Axşamlar metronun ətrafında özünə bənzər insanları yığıb orada xoşagəlməyən hərəkətlər edir. Onu metroya girən-çıxan hər kəs müşahidə edir. Eləsinin Azərbaycan cəmiyyətində yeri yoxdur”.



Məsələ ilə bağlı Tolikin də mövqeyini öyrənməyə çalışacağıq.



İntiqam VALEHOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.