Brilliant Dadaşova bacısı qızını biabır elədi: "O siqaret çəkir" - YENİLƏNİB

30-01-2015, 16:50   
Brilliant Dadaşova bacısı qızını biabır elədi: "O siqaret çəkir" - YENİLƏNİB
Müğənni Səidə Dadaşova xalası, xalq artisti Brilliant Dadaşovanın onun barədə dediyi fikirlərə münasibət bildirib. Lent.az-a açıqlama verən S.Dadaşova deyib ki, o, xalasının dediyi sözlərlə bağlı geniş danışmaq fikrində deyil: “O, böyüyümdür. Bu səbəbdən də geniş cavab verməyəcəm".

Qeyd edək ki, B.Ddaşova bacısı qızını qeyri-sağlam həyat tərzi sürməkdə, siqaret çəkməkdə ittiham etmişdi.

*****

10:59

Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova barəsində maraqlı fikirlər səsləndirib. Lent.az-ın məlumatına görə, “5/5” verilişinə qonaq olan xalq artisti bildirib ki, S.Dadaşova ona layiq olmayan insanlarla gəzir. Belə ki, S.Dadaşova verilişə gələn zaman “Tıxacları yara-yara nəhayət, gəlib verilişə çatdım”, - deməsinə peşman olub.

B.Dadaşovanın mikrofonu götürərək, S.Dadaşovaya bu sözləri deyib: “Küçədəki tıxacları yarmaq asandır. Sən həyatındakı tıxacları yar, evə gəl, yanımızda ol. Madam ki, söhbət düşüb, deyim. Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edir. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da 100 dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burda ayıb heç nə yoxdur. Sadəcə bu insanın səhhətinə ziyandır. Bir sözlə biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.