Şakira oğluna rus adı qoydu (FOTO)

31-01-2015, 12:37   

Bir necə gün öncə ikinci dəfə ana olan dünya şöhrətli müğənni və futbolçu yenidoğulan körpələrinin adını açıqlayıblar. ANS PRESS-in məlumatına görə, Şakira və Pike ikinci oğul sevincini yanvarın 29-na keçən gecə yaşayıblar.

"Barselona"nın uduzu övladını Saşa adlandırıb. Cütülük bu xoş xəbəri sosial şəbəkədən elan edib. Körpənin tam adı isə belədir - Saşa Piqe Mebarak.

Bu adın seçilməsi isə təsadüfü deyil. Belə ki, bu ad yunan və rus əsillidir. Mənası isə "insanlığın qoruyuçusu" və "savaşçı" deməkdir.

Onları ilk təbrik edən isə futbolçunun komanda yoldaşı Messi olub. Messi təbrikini də elə sosial şəbəkə vasitəsilə çatdırıb.

Xatırladaq ki, 27 yaşlı futbolçu Pike ilə 36 yaşlı Şakiranın bundan öncə də bir oğlu olub. Milanın 2 yaşı var.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.