Əməliyyata hazırlaşan İbrahim Tatlısəs hamını duyğulandırdı
Başından güllə yarası alandan sonra uzun müddət müalicə kursu keçən İbrahim Tatlısəs müalicə üçün ABŞ-a üz tutdu. ANS PRESS-in məlumatına görə, sənətçi 3 ay Mayamidə qalacaq.
O, ABŞ-da bir dəfə də əməliyyat masasına uzanacaq.
Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ilin martında silahlı hücuma məruz qalaraq başında güllələnmişdi. Müğənni ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı. O, uzun illər Almaniya və Türkiyədə müalicə kursları keçib. Sağlamlığına demək olar ki, qovuşsa da, qırılan kəllə sümüyü uzun müddət riskli olduğu üçün əməliyyat edilə bilməmişdi. Nəticədə onun sol tərəfi iflic olub.
Mayamidə keçirəcəyi əməliyyatda məhz bu problemlə bağlıdır.
Müğənni səfərindən öncə ailəsi ilə bir araya gəlib. Yeməyə onun son həyat yoldaşı Ayşəgül Yıldız ilə yanaşı, müxtəlif qadınlardan olan övladları və yaxın dostları da qatılıblar.
Yeməkdən sonra jurnalistlərin qarşısına keçən İbo 2 yaşlı qızı ilə şəkil çəkdirib. "Məni Elif Adamla çəkin. Bəlkə də bu bizim son şəklimiz olar". Onun bu sözləri qonaqlıqdakıları duyğulandırıb.