Əməkdar artist Zöhrə Abdullayeva gözəgörünməz varlıqların mövcudluğuna inandığını deyib.
Axşam.az-ın məlumatına görə, müğənni “İncə maraqlar” verilişində ruh gördüyünü iddia edib:
“Evimdə elmə məlum olmayan mənfi enerjili ruh görmüşəm. Yatmışdım. Adətən 15 dəqiqədən bir oyanıram ki, televizora baxım. Bizdə televizor 24 saat işlək vəziyyətdədir. Gözümü açanda gördüm ki, qara geyimli kimsə qabağımdan keçdi. Göz muncuğuna inanmıram. Bütpərəstliyin bir növüdür. Bəziləri evlərinə buddaların üstündə pul təsviri olan heykəllərini qoyurlar ki, pul gələcək. Bunlar Allaha xoş getmir”.