Müğənni Xatun Əliyevanın xalq artisti Nazpəri Dostəliyevanı parodiya etməsi qalmaqala çevrilib.
Sənətçinin sözlərinə görə, N.Dostəliyeva onun qardaşına zəng vurub və “Bacına de ki, onu nəsli qarışıq Azərbaycandan köçürdərəm” deyərək təhdid edib.
Məsələylə bağlı xalq artisti İlhamə Quliyeva Axşam.az saytına açıqlama verib.
O, Xatunun müdafiəsinə qalxaraq illərdir küsülü olduğu Nazpəri Dostəliyevaya sərt sözlər deyib:
"Mənim özümü də parodiya edirlər, amma əsəbiləşmirəm. İnsanın daxili necədirsə, parodiyası eynilə o cür alınır. Parodiya insanın iç üzünü ortaya çıxarır. Buna görə də pis adamlar bunu bəyənmir. Əgər ad çəkmədən kimisə parodiya edirlərsə, burada nə var? Adama deyərlər soğan yeməmisən, için niyə göynəyir? Xatun parodiya edib, əcəb edib, əlinin içindən gəlib. Murad Dadaşov dahi Heydər Əliyevi parodiya edirdi. O, möhtəşəm insan idi. Bundan zövq alırdı. O insanın özünü Azərbaycandan köçürmək lazımdır. Çünki Azərbaycanı sevən insan deyil. Çox danışmasın. Şantaja görə on il iş düşür. Xatunun arxasında mən dayanmışam. Nə qədər istəyir parodiya etsin”.[media=https://www.youtube.com/watch?v=1aY1pnSpybM]