Oktay Kaynarca illər sonra yenidən tamaşaçı qarşısına çıxacaq
"Kurtlar Vadisi" serialının əfsanəvi obrazı Süleyman Çakırı canlandıran Oktay Kaynarca illər sonra yenidən tamaşaçı qarşısına çıxacaq.
ANS PRESS-in məlumatına görə, Oktay Kaynarcanın rol alacağı yeni serialı "Reaksiyon" filminin məşhur ssenaristləri Bahadır Özdener və Cüneyt Aysan ekranlaşdıracaq.
Uzun müddətdir ekranlarda görünməyən təcrübəli aktyorun bu qayıdışı ilə gündəmə damğa vuracağı gözlənilir.
Qeyd edək ki, Süleyman Çakır obrazını canlandırmış aktyor "Kurtlar Vadisi" serialının ilk 2 mövsümündə böyük uğur qazanmışdı.
Bu obraz hətta serialda Polat Alemdarın da önünə keçmişdi. Serialdan ölərək ayrılan Süleyman Çakıra qiyabi cənazə namazı da qılınmışdı.