Hadisə: "Ərəb kişilərinə heyranam"

4-02-2015, 05:14   


Müğənni Hadisə İstanbulda ərəb aparıcı Liana Dahdouhun suallarını cavablandırıb. Axşam.az-ın xəbərinə görə, Hadisə hələ 15 yaşında olanda Belçikada iştirak etdiyi "İdool
2003" musiqi yarışmasında finala çıxa bilməməsini həyatının ən böyük ümidsizliklərindən biri kimi qələmə verib. Müğənni müsahibədə ərəb mədəniyyətini çox sevdiyini bildirib: "Ərəb qadınlarını da çox bəyənirəm. Onlar çox gözəl, səmimi olurlar. Eləcə də müğənnilərinə, kliplərinə heyranam. İnanılmazdırlar, bir klipdə 6-7 cildə girə bilirlər". Sənətçi idmanla çox məşğul olanda sürətlə arıqladığı üçün sevənlərinin etiraz etdiyini vurğulayıb. Məşhur müğənni indiki halında özünü daha güclü və azad hiss etdiyini söyləyib: "Çox arıq olanda bədənim uşaq kimi olur. Bu da insanın xasiyyətinə təsir edir". Pop-müğənni mahnıları arasında ən çox "Düm tek-tek"i sevdiyini deyib: "O mahnının yeri məndə çox fərqlidir. 2-3 dostumla bir yerdə sözlərini yazmışdıq. 5 il keçib, amma hələ də onu oxuyanda seyrçilər coşurlar". Hadisə dünya musiqisi haqqında da danışıb: "Beyons dünyanın ən böyük sənətçilərindən biridir. Amma mən indiyə qədər heç kimin oxşarı olmağa çalışmamışam. Türkiyədə digər sənətçiləri də tez-tez xaricilərlə müqayisə edirlər. Saçlarını çox sarı ya gümüşü edənləri Ledi Qaqaya, "mayo" geyinəni Madonnaya, qıvrımsaçlıları da Beyonsa bənzədirlər. Gördüyüm işə nə qədər zəhmət sərf etdiyimi yalnız özüm bilirəm. Kiminsə oxşarı olsam işim çox asan olardı. Tərzimi təqdim etmək üçün özümü çox yoruram. Xalq olaraq nə vaxt maraqlı və gözəl bir iş ortaya qoyulsa, dərhal onu ABŞ-dakilarla müqayisə edirik". Sevilən müğənni özəl həyatı haqqında çox danışmaq istəməyib: "Həyatımda sevginin xüsusi yeri var. Bu haqda çox danışmaq istəmirəm. Amma çox dəyər verdiyim mövzulardan biri eşq və sevgidir". O, "Gönül işleri" serialını öz həyatına bənzədib: "Biz də serialdakı kimi üç bacı böyümüşük. Buna görə o serialdan çox xoşum gəlir. Sinem Kobalı, xüsusi ilə, çox bəyənirəm. Gənc olsa da, artıq uğurlu bir karyerası var". -
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.