Dünyanın ən pis gəlinlik libasları
Toy həyatın ən əlamətdar, ən önəmli, ən yaddaqalan günlərindən bəlkə də birincisidir.
Qızlar belə bir gündə dünyanın ən gözəl gəlini olmaq üçün aylarla düşünüb gəlinlik axtarırlar.
Xəyallarının gəlinliyini tapmaq heç də asan olmur. Onu tapmaq üçün dünyanın dörd yanına səfər edənlər də, dərziyə tikdirənlər də var. Əsas isə gəlinliyin dizaynı və parçasıdır.
Amma həmişə belə olmur. Fərqli düşünənlər, seçilmək istəyənlər ağıla gəlməyən gəlinlik libasları tikdirənlər də az deyil. Hətta gəlinlik geyinmədən başlarına fata taxmaqla gəlin olanlar da varmış...
ANS PRESS dünyanın ən pis gəlinlik libaslarını təqdim edir:
Tualet kağızından gəlinlik