Model Şarlotta MakKininin rol aldığı reklam iki həftə ərzində 120 milyon nəfər tərəfindən izlənilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yeni Keyt Apton elan edilən Şarlotta atasının tövsiyəsi ilə modelliyə başlayıb. Buna görə Floridadan Los-Ancelesə köçən model seksual pozları ilə məşhurdur.
Kişi jurnalı “Esquire”in “İnstaqramda sevdiyimiz qızlar” rubrikasında yer alan MakKinini ən böyük xəyalının “Guess”in reklam kampaniyasında iştirak etmək olduğunu söyləyib.