Türkiyəli müğənni Demet Akalın onu qınayanlara sərt cavab verib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, ifaçı qızı Hiranın 1 yaşını təmtəraqlı şəkildə qeyd edib. Qonaqlarla fotolarını sosial şəbəkədə paylaşan Akalının övladını gizlətməsi sevənlərini əsəbiləşdirib.
İzləyicilərin onu tənqid etməsinə Demet sərt cavab verib:
"Maqazin aləmində səs-küy yaratmağı düşünmürəm. Yeni doğulanda fotosunu paylaşdım, sonra qızımda xoşxassəli şiş tapıldı. Hələ də müalicə olunur. Nələr yaşadığımı ancaq mən bilirəm. Bunların hamısına nəzər səbəb oldu. Pis nəfəsinizi mələk övladımın üstündən çəkin".