"Mənə çadra geyindirb anasının yanına göndərdi" Məşhur rusiyalı repçi Timati körpə qızı və qızının anası ilə fotosessiya edib.
ANS PRESS-in məlumatına görə, rep ifaçısı bunu tamaşaçıların marağını nəzərə alaraq etdiyini bildirib. Timati şəxsi məsələlərində qapalı biri olduğu üçün sosial şəbəkədə övladlarının şəkillərini də paylaşmadıqlarını deyib.
"Şou-biznesdə insanlar hətta öz ailə həyatlarından da reklam üçün istifaqdə edirlər. Mənim isə bu mövzuda düşüncələrim tam fərqlidir", - deyə reper bildirib.
Onun həyat yoldaşı model Alena Şişkova da buna zarafatyana cavab verərək belə deyib: "Elə buna görə də hamilə olduğumu bilən kimi mənə çadra geyindirib anasının yanına göndərdi".
Alena müsahibə zamanı gülərək, "mən işləyirəm və səndən asılı olmamaq üçün kifayət qədər pul qazanıram" deyib. Timati isə cavabı da birmənalı olmayıb. O, "lap yaxşı, karyeramda uğur qazanmasam, səninlə evlənərəm" deyib.
Xatırladaq ki, Timati mart ayının sonu ata olub. Rep ifaçısının sevgilisi olan model xanım Alena Şişkova 4 kiloqram və 53 sm boyunda olan qız övladı dünyaya gətirib. Timatinin ilk övladı olan Alisa Santo-Dominqoda yerləşən klinikalardan birində anadan olub.