“Sinəmi hər kəs görüb, gizləyəcək bir şey yoxdur…”

10-02-2015, 15:22   

Amerikalı aktrisa Scarlett Johansso “W Maqazin” jurnalının mart nömrəsinin siması olub. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrda ana olan aktrisa türk fotoqraf Mert Alasanın kamerası qarşısına keçib.

“Hər kəs sinəmi görüb, büstqalterimi burada dəyişə bilərəm, gizləyəcək bir şeyim yoxdur” deyə zarafat edən Johansso qızından danışıb:

“Körpəmi qucağıma verdiklərində çox təəccübləndim. Mənim körpəm xəyalımda canlandırdığımdan fərqli görünürdü. Çox böyükdü. Xəyal etdiyimdən də böyük uşaq idi”.

Aktrisa aktrisalıq xəyallarından da söhbət açıb:

“Uşaqkən aktrisa seçimlərinə qatılırdım. Mənə verilən obrazları canlandıra bilmirdim. Metroda evə dönərkən ağlayırdım. Anam “Başqa bir peşə düşün” deyə mənə təsəlli verirdi. Mən də ona “Xeyr, xəyallarımı məndən ala bilməzsən. Mən aktrisa olmaq istəyirəm” deyərdim. B nömrəli qatarı gözləyərkən, dua edərdim”.









Könül
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.