Rejissor Nail Naiboğlunun “Qırmızı bibər” adlı filminin ilk videosu yayılıb.
Axşam.az-ın məlumatına görə, 18 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan ekran işinin çəkilişləri başa çatıb. Rejissor montaj işlərinin aparıldığını bildirib. Ssenarisi N.Naiboğlunun özünə aid olan filmdə model Sofi Şah rol alıb.
Nail “Qırmızı bibər”də tanınmış aktyorlara müraciət olunmadığını söyləyib:
“Bütün aktyorlar təcrübəsiz idi. Gənc aktyorlara müraciət etmişəm. “Təhminə” filmindən sonra reytinq gətirəcək növbəti ekran işi “Qırmızı bibər” olacaq. Etiraf edim ki, erotik səhnələrə yer verilib”.[media=https://www.youtube.com/watch?v=bfWUfxT_xUg]