Almaz: “Bir-birimizdən ötrü ölürdük”

12-02-2015, 17:16   

Əməkdar artist Almaz Ələsgərli ilk dəfə ailə qurmasından və boşanmağından bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Yeri gəlmişkən”də keçmiş ərini dəli kimi sevdiyini etiraf edib:
“18 yaşımda universitetdə oxuyanda məni o qədər istəyən var idi. Hamı deyirdi “mənimlə evlən”. Məşhurluq həyatıma tez gəldi. Metroda gedəndə görürdüm hamı duetimi oxuyur. Başqa ab-havada idim. Deyirdim mən elə oğlana gedəcəm ki... Qrup yoldaşımın dostu universitetə gəlmişdi. Onunla bir-birimizə vurulduq, bir-birimizdən ötrü ölürdük. Ailə qurduq. Uşaqlarım sevgi ilə dünyaya gəldilər. Dörd il sonra iki balaca körpəmlə anam evinə qayıtdım. Həyata yenidən başladım. Məni o qədər yaraşıqlı oğlanlar istəyirdi. Nə bilərdim ki, ərə gedib qayıdaram. Qismətdən artığını yemək olmaz. Başa düşdüm ki, ailə qurarkən sevgi olmalıdır. Amma ondan da əsası hörmətdir. O yaşımda sevgi başıma vurmuşdu. Ciddi qız olmuşam, həmişə ailə istəmişəm. Amma qismətim olmadı”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.