Xalq artisti Məmmədbağır Bağırzadənin müğənni oğlu Rahim Bağırzadə atasından qalan bağ evini satıb.
Axşam.az-ın məlumatına görə, ifaçı “5/5” verilişində bunun səbəblərini açıqlayıb:
“O vaxt atamın mənə tapşırdıqlarını indi edirəm. Rahat yaşaya bilmirəm. Dəblə ayaqlaşmıram, istədiyim kimi geyinib, saç saxlaya, qolbaq taxa bilmirəm. Çünki mən Məmmədbağır Bağırzadənin oğluyam. Bütün günü dua edirəm ki, ay Allah, bircə atamın adını şərəflə saxlaya bilim. Onun qoyub getdiyi bağımızı satdıq. Bəzi problemlərim oldu. Amma atamın o biri ocağı qalıb. Atam dünyasını dəyişəndən sonra dörd bacısı, qardaşı, hətta qızları o həyətə getmədilər. Mən də gedə bilmirdim, ağlamaq tuturdu. Atamın həmin bağdakı muzeyi Nardarandakı Muğam Mərkəzinə yerləşdiriləcək”.