Müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov yeni açıqlama verib.
"Qafqazinfo" ATVxəbər.az-a istinadən xəbər verir ki, A.Cəlilov deyib ki, onların arasında heç bir problem yaşanmır:
"Bizdə nə problem ola bilər ki? O, oğlumla görüşməyə heç bir problem yaratmır. Mən istədiyim vaxt övladımı görə bilirəm. Onunla bacardığım qədər çox vaxt keçirməyə çalışıram. Dayə sürücümlə gedib oğlumu götürür və bizə gətirirlər. Bunu da ona görə edirəm ki, Röya ilə rastlaşmaq və barışmaq fikrim yoxdur. Nə deyim? Belə bir fikrim olsaydı, boşanmazdım ki...”
Qeyd edək ki, Röya bir neçə gün öncəki müsahibəsində Anardan sonra heç vaxt ailə qurmayacağını bildirmişdi.