Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov ona şər atıldığını deyib.
Axşam.az-ın məlumatına görə, aktyor bir xanımın ona yazdığı mesajları sosial şəbəkədə paylaşaraq, bunları bildirib:
“Bir qız məni onunla münasibətdə olmaqda günahlandırır. Özümə arxayınam və şərdən qorunmaq üçün həmişə Allaha dua edirəm. Şəxsi həyatıma təsir etmək istəyir. Amma bilin ki, mənim ailəm var, çox xoşbəxtəm. Ailəmi sizin kimi şeytan xislətli insanlar dağıda bilməz”.
“Gün üzü” verilişinə çıxan E.Kərimov aparıcı, vəkil Zülfiyyə Bayramovadan kömək istəyib:
“Son günlər başıma gələn dəhşətli hadisələrə görə, qadınlardan uzaqlaşmağa başlayıram. Qadının şərindən qorunmaq çətindir. Həmin xanımın yazdıqlarının şəklini çəkib saxlamışam. Mənə kömək edin, o adamı tapım. Onu tanımıram və dedikləri yalandır. Məktubda mənimlə "görüşdüyü" ünvanı belə yazıb. Həmin yerdə mən kastinqlərdə olmuşam. Əvvəllər də belə hadisə olurdu, fikir vermirdim. "Facebook"dakı profilimi işlətmirəm. Həmin hesabı həyat yoldaşım idarə edir, xaricdə olan rəfiqələri ilə mesajlaşır".