Sosial şəbəkədə yazdığı statuslarla gündəmə gələn Nihat Doğanın Tarkan haqqında yazdıqları da qalmaqal yaradıb və tənqidə səbəb olub.
Musavat.com-un məlumatına görə, Nihat Doğanın Tvitter sosial şəbəkəsində Özgəcanla bağlı yazdığı “mini ətək” mesajından sonra Tarkan haqqında yazdığı tvit də ortalığı qarışdırıb.
Öldürüldükdən sonra yandırılan gənc qız haqqında yazdığı sözlərdən sonra “Survivor” TV proyektindən və “Qalatasaray” futbol klubu üzvlüyündən kənarlaşdırılan müğənniyə bir tvitter təqibçisi bu sözləri yazıb: “Məsələn, bir Tarkan pərəstişkarı əsla Nihat Doğanı sevməz. Özü də səbəbini yaxşı bilir”.
Nihat Doğan isə bu sözlərə belə cavab verib: “Təbii ki, bilirəm. Bir homoseksualı sevən mənim kimi bir dəliqanlını sevə bilməz”.
N.Doğanı bu sözləri məşhur sənətçinin pərəstişkarları tərəfindən qəzəblə qarşılanıb.
Gülnar