"Gə, gə, gə, gəl ki, sevirəm. Sə, sə, sə, sən mehi cini... Ay yazıqlar, ay tərbiyəlilər, sizə yazıqlar olsun, yazıqlar! Bu şeir Elza Seyidcahanın deyil, dahi, dahi, dahi İmaməddin Nəsiminindir! Hamınızın yazdığı fikirlər kopyalandı, qaldı tarixdə. Sizin dar düşüncəniz, əxlaqınız... Gedin özünüzü düzəldin, Elza xanıma lağ etməkdənsə. Elzanın övladları, özü tarixdə heç bir zaman heç kəsi sizin kimi təhqir edə bilməzlər. Çünki ailədən onlara elə tərbiyə verilib. Bir barmaqla kimi göstərib mühakimə edirsənsə, üç barmaq özünə baxır. Demək ki, 3 dəfə özündən danışmalısan, özünü mühakimə etməlisən. Sonra gücün qalsa bir dəfə də qarşındakından danış, onu mühakimə et. Xoş getdiz!"
Bu sözlər sonuncu şeirindən sonra təhqirlərə məruz qalan Elza Seyidcahana məxsusdur.
ANS PRESS-in məlumatına görə, əməkdar artistin İnstagramda paylaşdıı sonuncu şeiri təqibçilərin üsyanı ilə qarşılaşıb. Təhqirlərə cavab verərkən nədənsə anlaşılmaz söz yığnağının dahi şair İmaməddin Nəsimiyə məxsus olduğunu yazıb.
Elza Seyidcahanın təhqir edilməsinə səbəb olan şeiri təqdim edirik:
Gə, gə, gə, gəl ki, sevirəm
Sə,sə, sə, sən mehi Cini,
Za, za, za, zar olubam mən
Ce-ce-ce, cend nisini,
Du,du,du dur təki dilər
Və, və, və, verdi sana həg,
Se, se, se, sevsə gərəkdir
Di, di, di dişləri sini,
Sö, sö, sö, sözlərin elər
Sə, sə, sə, səkəri kəsad,
Gö, gö, gö, gözlərin elər
Se, se, se sehri mubuni,
A, a, a, al ki yeridir
Kö, kö,kö könlümü mənim,
Sa, sa, sa, sal ki, yeridir
Zü, zü, zü zülfünə çini,
Qa, qa, qa, qalmışam axır
A, a, a, ahilə sayur,
Ni, no, no, nolar ki, sorsan
Za, za, za, zarı həzini,
Yü, yü, yü, üzünü gördüm
A, a, a, ayə sataşdım,
Nə, nə, nə, necə ürəkdir
Qa, qa, qa, qalmaya cəni,
Xə, xə, xə xəstə bu canım
Go, go, go, söyləyən oldum,
Ne, ne, ne, neylərəm axır
Du, du, du, durri səmimi?
Mənbə
ANS PRESS