Türkiyənin ən seksual qadını - FOTOSESSİYA

20-02-2015, 01:53   


Türkiyənin ən seksual qadını - FOTOSESSİYA
“Gözəl və seksual görünür, amma için boşdursa, bunların heç bir əhəmiyyəti yoxdur”.

O, əvvəl Türkiyə gözəli seçildi, indi isə Türkiyənin ən seksual qadını...

Ekranlarda yeni yayımlanan “Asla vazkeçməm” adlı serialla ekranlara gələn Türkiyə gözəli Əminə Gülşə doğulub böyüdüyü İsveçrədən Türkiyəyə qayıdıb. Ailem.az Türkiyənin seksual gözəli Əminə Gülşənin “Hüriyyət” ə verdiyi müsahibəsini qısa olaraq təqdim edir.

Türkiyəyə tətilə gələn Əminə moda sahəsinə təsadüfən gəldiyini və əvvəl heç belə bir xəyalının olmadığını deyir: “Hobbim fotolar çəkmək idi. Küçəyə çıxıb aparatımla fotolar çəkirdim. Bir gün anamla televizora baxanda moda yarışmasının elanlarını gördüm. Müraciət etmək üçün anam da mənə dəstək oldu. Hər şeyin bu qədər tez olacağını xəyal belə etmirdim. Həyatım birdən-birə gözəl bir yöndə dəyişdi. Hər şeydən çox razıyam”.

- Gözəlliyiniz genetikdirmi ?

- Bəli, bizim sülalə çox gözəldir. Anam və atam uzun boylu, gözləri rənglidir. Atam “Qalatasaray”da məşqçi olduğundan İsveçrəyə transfer olunub. Anamla evləndikdən sora ora gediblər. Qardaşım və mən orda böyümüşük. Möhtəşəm bir uşaqlıq yaşadım. İstədiyim hər şeyə sahib oldum.

- Özünüzü isveçrəli, ya türkiyəli hesab edirsiz?

- İsveçrədə böyüdüm, oranın mədəniyyətinə öyrəşdim və oranı çox sevirəm. Ancaq ailəm türk olduğumu heç vaxt unutdurmadı. Qardaşımı və məni həmişə türk dili kurslarına göndərirdilər. Bura tez-tez gəlirdik. Ona görə Türkiyə həmişə mənim bir parçam olub.

- Türkiyə ilə İsveçrə arasında fərq nədir?

- Buralar mənim üçün daha əyləncəli və şəndir. İsveçrə isə soyuq, qaranlıq, depressivdir.


- İsveçrənin müsbət bir yanı yoxdur?

- İsveçrədə qəribə bir disiplin var. Orda görüşə bir dəqiqə belə gecikmək olmaz. Burdakı istiqanlılıq yoxdur. Kimsə sənə dönüb baxmaz. Türkiyəyə ilk gəldiyimdə insanların davranışları məni çox təəccübləndirdi. Amma artıq sevirəm.

- Özünüzü seksual hesab edirsiz?

- Seksual olmaq başqadır. Bəzən bədən quruluşu deyil, adi bir baxış, ya hərəkət qadını seksual göstərə bilər. Özümü gözəl hesab edirəm. Özgüvənim var. Ancaq seksual kimi yanaşmam yoxdur. Gözəlliyimə görə həmcinslərim tərəfindən çox qısqanclıq yaşamışam. Hətta “nə olsun gözəldi, axmaqdır” kimi tənqidlər də eşitmişəm. Oxumaq vacib deyil, insan yaşayaraq hər şey öyrənə bilər.

Şəxsi həyatı ilə bağlı suala isə belə cavab verib: “İlk sevgim 17 yaşımda olub. Amma hələ də həyatımda biri yoxdur. Kişiyə ayıra biləcəyim vaxtım da yoxdur. Kişinin görünüşü mənim üçün əhəmiyyətli deyil. Vacib olan hörmətcil olması, məni xoşbəxt etməsidir. Qısqanc olmasın. Gözəl, seksual Əminə Gülşə olaraq məni tanıyıb qəbul etsin”.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.