Cazibədar model İrina Şeykin “Oskar” mükafatları ziyafətinə geyindiyi paltar hər kəsi heyran qoyub.
Axşam.az ingilis mətbuatına istinadən xəbər verir ki, rus model “Oskar” mükafatlarından dərhal sonra baş tutan “Vanity Fair” partisinə seksual libasda qatılıb. 29 yaşlı Şeyk “Atelier Versace”yə aid qara rəngli, şəffaf detallı paltarı ilə gecənin ulduzuna çevrilib.
Qeyd edək ki, İrina Şeyk uzun müddət birlikdə olduğu futbolçu Kriştiano Ronaldo ilə bu ilin əvvəlində ayrılıb.