Yarıçılpaq CeyLo, ağappaq Beyons (FOTO)

24-02-2015, 07:02   

İlin ən gözlənilən mərasimlərindən olan "Oskar" mükafatının təqdimetməsi bitdi. Məşhurlar həyəcanla gözlədikləri qızıl heykəllərini aldıqdan sonra rahat nəfəs aldılar.

Gözləntilərdən, yaşadıqları həyəcandan sonra Hollivud ulduzları ənənəvi partidə əylənməyə üz tutdular. Gözqamaşdıran libaslarını yeni dəbdəbəli geyimlərlə əvəz edən məşhurlar
"Vanity Fair" gecəsində də gözəllikləri ilə heyran ediblər.

Gecənin ən diqqət çəkəni isə Ceniffer Lopez və Beyons olub. Cey Lo gecəyə qırmızı xalıya çıxdığından daha sadə, lakin parıltısı göz qamaşdıran uzun libasda gəlib. Onun geyiminin bir hissəsi şəffaf olub.

O, gecənin əksər hissəsini yaxın dostları - Beyons və onun həyat yoldaşı Cey Zi ilə keçirib.

Qaradərili Beyons və əri də qar kimi ağ və uzun geyimi ilə möhtəşəm görüntü yaradıb. O, sadə ağ geyimini parıltılı ayaqqabıları ilə tamamlayıb.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.