Elza yenə yazdı: "Soxasoxdu!"

25-02-2015, 12:58   

"Mən sizə şeir yox, bir cızma-qara hədiyyə edirəm. Sözü atıram, yiyəsi götürsün"

Bu sözləri Elza Seyidcahan yeni şeirini təqdim edərkən yazıb.

ANS PRESS-in məlumatına görə, əməkdar artist şeiri "Psixasof" adlandırıb və mötərizədə "Ruhun hikməti" yazıb. Şeirin sonunda isə belə yazıb: "Demək istəyirik ki, hamı yazır, biz niyə yazmayaq?"

Şairlər var, seirləri oxunmur,
Yazanlar var bir sözləri toxunur.
Şairlər var, şairləri toxuyur,
Yazanlar var bir söz ilə soxulur.
Şairlər var, min sözlə toxunmur,
Qovrulur.
Psixasofdu, ofofofdu ,
Safdı, sofudu.
Soxa soxdu,
Sizə yoxdu.
Ufudu, ufudu,
Pikovaya fileytadu,
Dodekafondu, şerim fondu,
Amma çoxdu.
Yazan var ki,
Pis gözlərə oxdu!
Polifonikdi?
Sizinki mikdi!
Sair var ki, pik gözlərə dikdi!
Neynək indi adınız yazanlardı?
İnciməyin.
Yazan var ki, şairləri pozdurur!
Şair gərək
Vətənindən, torpağından,
İlham alsın,
Tarix olsun.
Şair odur, bir könüldən min könülə
Vurulmaq üçün.
Zahir olsun,
Şair olsun,
Zahid olsun,
Aşiq olsun,
Sair olsun...
Yox olmasın, olmasın.
O olmasın, bu olsun?
Çox yazmasın, pozmasın!
Sizə nə var ki?
Göy yazsın da?
Göy yandırsın, yaxdırsın da?
Harmonikdi, 32 -likdi,
Sizdə bəlkə 100 illikdi?
Əsirlərin şairləri, yazanları olan yerdə
Biz kimik ki?
Şairlər var, seirləri soxulmur.
Yazanlar var, bir sözülə toxunur!
Şairlər var, şeirləri toxuyur,
Yazanlar var, bir sözülə doğrayur!
Çuxa çoxdu.
Psixasofdu.
Sufidi, offdu.
Soxa soxdu!
Bizə yoxdu?

Şeiriyyatın cızma-qarası Elza Seyidcahan. 2015.02.18
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.