Nigar Camal Xocalıdan bəhs edən klip çəkdirib. Atv.az xəbər verir ki, “Avroviziya 2011”-in qalibi Nigar Camal "Broken Dreams" ("Məhv edilmiş arzular") adlı mahnı yazdırıb. Sözügedən mahnının musiqisi Turac Berkay Özərə, sözləri Altay Oktara məxsusdur. Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən ekran işi 3D formatında, ən yeni texnologiya ilə çəkilib. N.Camalın ingilis dilində səsləndirdiyi mahnı və klip erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi daşıyır.