Ərdoğanın məhkəməyə verdiyi model danışdı- “Qorxmuram...”

26-02-2015, 14:51   

Prezident Ərdoğanı tənqid etdiyi üçün məhkəməyə verilən model Merve Büyüksaraç “Cumhuriyet” qəzetinə müsahibə verib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın vəkilləri sosial şəbəkədə “Ustanın şeiri” adlı şeiri paylaşan modelin paylaşımıyla əlaqədar ictimai əhəmiyyətli şəxsi təhqir etdiyi iddiasıyla məhkəməyə müraciət edib.

Sözügedən mövzu haqqında danışan model heç kimdən qorxmadığını bildirib:

““Instagram”a ilk dəfə 2012-ci ildə məşhur bir teatrçı tərəfindən paylaşılmış “Ustanın şeiri” adlı, İstiqlal marşından əsaslandırılmış yumoristik şeir qoydum. Sosial mediadan tapdığım şeir təhqir ehtiva etmir, ayrıca tək paylaşan da mən deyiləm, “Google”a yazdıqda da 960 min dəfə paylaşıldığını görürsünüz. Qorxmuram. Mən bir şey oğurlamadım, adam öldürmədim, sui-istifadə etmədim. Ona görə hakim qarşısına çıxınca qorxacağım bir vəziyyət yoxdur. Amma “Deməli, məndən belə qorxurlar” deyirəm. Bu qədər insanı məhkəməyə vermək Türkiyə tarixində yoxdur. Hansı lider öz vətəndaşını bu qədər günahlandırır?”.

Könül
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.