Ajda Pekkan ölümsüzlük iksiri içirmiş (FOTO)

28-02-2015, 10:46   
Ajda Pekkan ölümsüzlük iksiri içirmiş (FOTO)

Qocalmaq bilməyən türkiyəli superstar Ajda Pekkan haqqında yeni bir iddia ortaya atılıb.

ANS PRESS-in məlumatına görə, illərə meydan oxuyan türk pop musiqisinin divası Ajda Pekkanın cavan qalmasına səbəb təkcə keçirdiyi estetik əməliyyatlar olmadığı bildirilir.

Cazibədar bədən quruluşu ilə cavan qızlardan heç də geri qalmadığını göstərən 72 yaşlı superstarın cavanlıq iksiri içdiyi üzə çıxıb.

Belə ki, Tailandda hazırlanan və litri 500 min dollar olan “ölümsüzlük iksiri”ni ona bacısı Semiramisin gətirdiyi, müğənninin bu iksiri ildə təxminən iki dəfə qəbul etdiyi deyilir.

“Vikinq mağarası”nda ocean suyu və bir sıra bitkilərin qarışığından ibarət olan xüsusi içki yerli əhali arasında “ölümsüzlük iksiri” olaraq tanınır. Bu işlə məşğul olan tailandlılar isə iksiri 50 millilitrlik şüşələrdə satırlar.

Qeyd edək ki, Tailanddakı bu xüsusi şəkildə hazırlanan içkini dünyanın bir çox tanınmış simaları, siyasətçilər, idmançılar, aktyorlar və müğənnilər istifadə edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.