Xalq artisti İlhamə Quliyeva mayda konsert verəcək.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Star life” verilişinə açıqlamasında deyib:
“Yarım əsrin hesabatı olacaq. Bu, ulu öndər Heydər Əliyevin ad günü ilə bağlıdır. Layihələrim çoxdur. Hamısını zamanla reallaşdıracam”.
İ.Quliyeva onun ünvanına sərt sözlər deyən ifaçılara xəbərdarlıq edib:
“Kimisə təhqir etməyə, şərəfinə toxunmağa heç kimin haqqı çatmır. Eləsi var ki, mənimlə dostluq etməyə can atır. Hər kəs öz səviyyəsində, statusunda olanlarla dostdur. Yaxınıma buraxmadıqlarım tez çaşıblar. Sənətdə yarım əsri geridə qoymuşam. Ömrümün yarısını ləyaqətlə yaşamışam. İndən sonra da belə olacaq”.
İ.Quliyeva məhkəmə çəkişməsində olduğu xalq artisti Nazpəri Dostəliyevadan da bəhs edib:
“Bəsdir, ora-bura qaçdın. Məhkəmədən tələb edəcəm ki, ona Azərbaycandan çıxmaq qadağası qoyulsun. Borcu olan, dövlət qanunlarına əməl etməyən birinin bu ölkəni tərk etmək hüququ ola bilməz. Gətirib 25 min manatı ödəsin. Qarşıdan Novruz bayramı gəlir. O pul ehtiyacı olan insanlara çatmalıdır. İki dünya bir olsa, həmin məbləğ ödənməlidir. Məhkəmənin qərarına əsasən, ilk 3 ayda təzminatı ödəməli, məndən üzr istəməli idi. Üstündən 7 ay keçsə də, hələ ortada heç nə yoxdur. Əgər yaxın günlərdə bunlara əməl etməsə, başqa addımlar atacam”.