"Kurtlar Vadisi" serialındakı "Memati" obrazıyla yaddaşlarda qalan Gürkan Uyqun yeni layihəyə hazırlaşır.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, Yılmaz Güneyin 1971-ci ildə çəkdiyi "Baba" filminin serial versiyasında yer alacaq. Serialın çəkilişləri artıq başlayıb.
Qeyd edək ki, 1972-ci ildə həmin film mükafat alsa da, siyasi olaylara görə mükafatlandırma ləğv edilib.