Xalq artisti Aygün Kazımova “Səs verməyin!” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni tamaşaçıların meyxanaçı Namiq Qaraçuxurluyla ayrılmaları ilə bağlı sualını cavablandırıb:
“Namiqin səhvi var idi. O, hisslərini etiraf etməyi bacarmırdı. Ona görə ayrıldıq”.
Qeyd edək ki, uzun müddət sevgili və duet ortağı olan A.Kazımova və N.Qaraçuxurlu 2010-cu ildə münasibətlərinə son qoyub. Küsülü olan ifaçılar ötən il barışıb.