Xalq artisti Aygün Kazımova Qəbələdə baş tutan konsertində səhnəyə yeni imicdə çıxıb.
Axşam.az-ın məlumatına görə, saç rəngini dəyişən müğənni özünü Merilin Monroya bənzədib.
“Onlar”a açıqlama verən A.Kazımova uzun müddət bu görünüşdə qalacağını deyib: “Bu imicim Merilin Monroya bənzəyir, daha çox o dövləri xatırladır. Çox bəyəndim. Ona görə modelyerimə dedim ki, bir müddət bu tərzi davam etdirək".