"Bayramda mənə özüm ağırlığında brilyant gətirirlər" - İlhamə Quliyeva

19-03-2015, 19:00   

Xalq artisti İlhamə Quliyeva bayramlarda ona çoxlu hədiyyələr göndərildiyini deyib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişində müğənni ifaçı Röya Ayxanın ona bağışladığı brilyant üzükdən danışıb:
“Qızılsız da xoşbəxtəm. Amma varsa, niyə də qəbul etməyim? Mənim saysız hesabsız dostlarım var, bayramlarda, ad günümdə mənə özüm ağırlığında brilyant, qızıl hədiyyə göndərirlər. Bu hörməti özüm qazanmışam. Elə müğənni Röyadan danışım. Konsertlərin birində yanıma gəldi. Üzr istədi ki, Bakıda olmayıb, tədbirimə qatılmayıb. Barmağıma çox bahalı brilyant üzük taxdı. O qızı çox istəyirəm, mənim kumirimdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.