Tanınmış türk sənətçisi Kayahan reanimasiyaya düşüb. ANS PRESS-in məlumatına görə, üçüncü dəfə yoluxduğu xərçəng xəstəliyi ilə bağlı müalicə alan müğənninin vəziyyəti pisləşib.
O, müalicə edildiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hələlik həkimləri onun vəziyyəti ilə bağlı açıqlama verməyiblər. Lakin yaxınları onun yanına buraxılmır.
Xatırladaq ki, Kayahan üçüncü dəfə xərçəng xəstəliyinə yaxalanıb. Türkiyənin ən məşhur bəstəkar və müğənnilərindən biri, 65 yaşlı Kayahan yaşadığı çətinliklərə baxmayaraq, yenə həyatdan ümidini üzmür və onunla eyni taleyi paylaşanlara dəstək olmağa çalışıb.
Bir müddət öncə xəstəliyi ilə bağlı tanınmaz hala düşən müğənni ailəsinin dəstəyi ilə sevənlərinin qarşısına çıxmışdı.
Mənbə
ANS PRESS