Seda Sayan həbs oluna bilər

27-03-2015, 18:40   
Seda Sayan həbs oluna bilər
Məşhur türk müğənnisi Seda Sayan məhkəməlik olub.


Lent.az-ın “anspress”ə istinadən xəbərinə görə, müğənninin probleminin yaranmasına səbəb beş il öncə Bəyoğlundan aldığı kafe olub.

Məhkəmədə Seda Sayan, Özlem Özgür Bükülmez, Senem Cimilli Gürler və Rıdvan Beşer adlı şəxslər ittiham edilən şəxs qismində göstəriliblər.

Ərazi tarixi məkan olduğu üçün orada tikinti işlərinin aparılması qadağan edilib. İddiaya görə, adıçəkilən şəxslər Sayanın sahibi olduğu kafenin arxa hissəsində qanuna zidd olaraq tikinti işləri aparıb. Bundan başqa bağçadan kafenin ərazisi kimi istifadə edilib.

İndi S.Sayanın da aralarında olduğu təqsirləndirilənlərin 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilməsi tələb edilir.

Qaldırılan iddia ilə bağlı ifadə verən S.Sayan isə bunları iftira adlandırıb. "Mən bu daşınmaz əmlakı 2012-ci ildə satın almışam. O zaman kafe kimi fəaliyyət göstərirdi. Müqavilə hazırda da davam edir. Heç bir dəyişiklik olmayıb. Deyilənlərin hamısı iftiradır".

Proses sentyabr ayına kimi təxirə salınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.