Xalq artisti İlhamə Quliyevaya yeni tac bağışlayıblar.
“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "ATV Maqazin" verilişində xəbər verib:
"Nə qədər səhnədəyəm tac-tac arxasınca gələcək. Bu doqquzuncu tacımdır. Mənim başıma taxılanların qiyməti olmur. Ağ qızıldır, üzərinə yaqut, zümrüd, brilyant qaşlar düzülüb. Qeyri-adi işdir. Bunu bağışlayan insanın üzünü görməmişəm.
Zəng etdi ki, sizə tac hazırlamışam necə çatdırım? Köməkçimlə görüşdü, verdi. Özümə yeni ləqəb götürmüşəm: İlhamə tac". İ.Quliyeva açıq-saçıq geyinən müğənniləri də tənqid edib: "Soyunmağın kökünü səhnədə Aygün Kazımova qoyub. Ona yaraşırdı. Aygün nə ətdir, nə də balıq. Heç kimlə işi yoxdur. Bir vaxtlar bunun nöqtəsini qoyub, daha etmir. İndi başqaları tutuquşu kimi onu təkrarlayır.
Qısa ətək geyinib, ortaya çıxırlar. Elə qısa geyinirlər ki, alt paltarları dörd barmaq bayıra çıxır. Ayaqlarının arasına röyal qoyarsan. Üzləri nəyə oxşayır. Ora-buralarına slikon qoydurublar. Ağızları nə gündədir".