Bu gün Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin evində "Vağzalı" çalınıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, xalq artistinin oğlu, bəstəkar Emin Kəriminin toyudur. O, bu gün paytaxt məkanlarının birində sevib-seçdiyi xanımla nikah masasına əyləşəcək. Gecəyə şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.
Qeyd edək ki, bəstəkar E.Kərimi Röya, Miryusif kimi tanınmış şou-biznes nümayəndələri ilə işləyib.
Milli.Az