Salyanda şöbə müdiri ilə direktor arasında pul davası

12-05-2014, 11:51   

Təhsil şöbəsinin müdiri internat məktəbinə ayrılmış pulları mənimsəməkdə ittiham olunur

Salyanda yerli Təhsil Şöbəsinin rəhbəri ilə Azər Səfərov adına internat ümumi orta məktəbin direktoru arasında ciddi narazılıq düşüb. JAM.AZ-a çatan məlumatlara görə, bir neçə gün öncə istirahətdən qayıdan şöbə müdiri Əbülfəz Bədəlovla məktəb direktoru arasında narazılığın səbəbi isə internata ayrılmış pullarla bağlı olub.

Məlumatda vurğulanır ki, Azər Səfərov adına internat ümumi orta məktəbinə ərzaq məhsullarının satın alınması məqsədi ilə ötən il 116150 manat pul ayrılıb. "Azər Türk Tikinti" MMC tərəfindən həyata keçirilmiş prosesin şəffaf olmadığına dair iddialar var. Eyni zamanda, yenə həmin məktəbə çörəyin satın alınması məqsədi ilə 10850 manat ayrılıb ki, bunu da fiziki şəxs Əliyeva Nəsibə Hüseynbala qızı vasitəsi ilə həyata keçirdiklərini «sənədləşdiriblər».

Məlumatda deyilir ki, Salyan təhsil şöbəsinin müdiri Əbülfəz Bədəlov həmin pulun böyük qismini özünə götürərək, yerdə qalanını direktora vermək istəyib. Elə narazılıq da buradan baş qaldırıb. Hazırda məktəbin direktoru təhsil şöbəsinin müdirindən ayrılmış pulun böyük qisminin ona verilməsini tələb edir. Nəticədə, tərəflər arasında narazılıq yaranıb ki, onun da aradan qaldırılması üçün rayon rəhbərliyinin işə qarışacağı gözlənilir.

Yazıda adıkeçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.