2014-cü ildə intihar edən amerikalı aktyor Robin Vilyams ölümündən sonra obrazından film və reklam çəkilişlərində istifadə edilməsinə qadağa qoyub.
Axar.az “Qardian”a istinadən xəbər verir ki, aktyor ölümündən öncə 2019-cu ilə qədər obrazından istifadə etmək qadağası qoyub. Mütəxəssislərin fikrincə, aktyor ABŞ-ın Maykl Ceksonun ölümündən sonra onun obrazı ilə 500 milyon dollar gəlir əldə etməsinə görə bu addımı atıb.
Xatırladaq ki, intiharı ilə bütün dünyanı şoka salan aktyorun xanımının sözlərinə görə, 63 yaşlı Robin Vilyamsın intihar səbəbi depressiya olub. Aktyorun qalan mülkiyyəti və bütün hüquqlar övladlarına aiddir.