Bu sərgidə qadınlar çılpaq gəzirlər (FOTO)

1-04-2015, 21:51   
Bu sərgidə qadınlar çılpaq gəzirlər (FOTO)
Avstraliyanın paytaxtı Kanberrada qəribə sərgi təşkil olunacaq.

ANS PRESS-in məlumatına görə, Beynəlxalq İncəsənət Qalereyasında keçiriləcək sərgiyə yalnız çılpaqlar qatılacaq. Sərgiyə 200-ə yaxın sənətsevərin qatılacağı gözlənilir.

Aprelin 1-dən 3-dək davam edəcək sərgiyə qoşulmaq üçün artıq yüzə yaxın şəxs müraciət edib. Sərgidə 70 yaşlı ABŞ rəssamı Ceyms Turrelin “Retrospective” əsəri nümayiş olunacaq.

Sənətçi insanların çılpaq qatılmasını xüsusilə istəyir, çünki işıqla insan bədəni arasındakı əlaqəyə inanır. O, insanın işığı D vitamin kimi dəri vasitəsilə qəbul etdiyini əsas gətirir və işığı qida olaraq görür.

Qeyd edək ki, Ceyms Turrelin dünyanın bir çox ölkələrində bənzər sərgiləri keçirilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.