“Paramparça” serialı ilə tanınan 17 yaşlı Alina Boz sosial şəbəkədə “yeni Məryəm Üzərli” elan edilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı aktrisaya bənzədilən Alina da onun kimi qısa müddət ərzində məşhurlaşıb.
Atası rus, anası türk olan aktrisa “Paramparça”da Hazal rolunu canlandırıb.
Almaniyalı aktrisa Məryəm Üzərli isə “Möhtəşəm yüz il” serialından Hürrəm Sultan obrazı ilə tanınıb.