Müğənni Hülya Avşarın TV8-də yayımlanan proqramında bu həftə həmkarı İşın Karaca qonaq olub.
Axşam.az-ın məlumatına görə, o, atasıyla bağlı heç vaxt danışmadığı detallardan bəhs edərkən göz yaşlarını saxlaya bilməyib:
"Həyatım boyunca atamla münasibətim olsun düyə mübarizə apardım. Təəssüf ki, çox gənc yaşda alkoqola maraq saydı. Atamızdan xahiş etdik ki, içkini buraxsın. Heç birimizin telefonlarına cavab vermədi. Sonra yenə də hər şeyi bağışladım. Dedim ki, getmək istəyirsənsə, get. Dediyimdən 2 gün sonra getdi".
Daha sonra öz atasını xatırlayan H.Avşar da qəhərlənib.
İ.Karaca hamilə olduğu anda atasını evlilik proqramlarından birində görərkən şok olduğunu deyib:
"Onu evlilik proqramında görəndə çox stress keçirdim. Proqramda məni "nankör övlad" adlandırdılar. Mənim, atamın həyatını mövzuya çevirdilər. Hər gün anonsda mənim studiyaya gələcəyimi deyərək reytinq qazandılar. Bütün bu stressə görə, övladımı vaxtından əvvəl dünyaya gətirdim. Bütün bunlardan qısa müddət sonra atam vəfat etdi".
[media=https://www.youtube.com/watch?v=OmG6Xwfz4fw]